Ana Sayfa > Karusel / Hadisə > 83 yaşlı ekstrasens yoxa çıxdı - UCARDA

83 yaşlı ekstrasens yoxa çıxdı - UCARDA


11-01-2017, 19:51. Yazar: Xeberaz
83 yaşlı ekstrasens yoxa çıxdı - UCARDA


Ucar rayon sakini itkin düşüb.
"Xəbəraz.az "xəbər verir ki, rayon polis şöbəsindən APA-ya verilən məlumata görə, ötən il dekabrın 29-dan 30-na keçən gecə rayonun Qazyan kənd sakini, 1935-ci il təvəllüdlü Xəlil Əli oğlu Əliyev yaşadığı evdən çıxıb və qayıtmayıb.

X.Əliyevin oğlu Qalib Əliyev hadisənin ertəsi gün Ucar Rayon Polis Şöbəsinə atasının itkin düşməsi barədə ərizə ilə müraciət edib. X.Əliyevin tapılması istiqamətində tədbirlər görülür.

Məlumata görə, itkin düşən X.Əliyev əvvəllər bərbər işləyib, son illərdə baxıcılıq edib.




Geri dön