Ana Sayfa > Karusel / Hadisə > Bakıda mağazaya basqın: "Zek"lər satıcını soyundurdu

Bakıda mağazaya basqın: "Zek"lər satıcını soyundurdu


11-01-2017, 14:20. Yazar: Xeberaz
Bakıda mağazaya basqın: "Zek"lər satıcını soyundurdu

Bakıda soyğunçuluq hadisəsi baş verib. "Xəbəraz.az "xəbər verir ki, yanvarın 9-da Yasamal rayonunun A.Şərifzadə küçəsindəki meyvə-tərəvəz mağazalarından birində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əfsun Ələkbərov və Şahin Zöhrabov soyğunçuluq yolu ilə orada satıcı işləyən Sabirabad rayon sakini Amil Sayılovun cibində 381 manat pul olan gödəkçəsini soyundurub aparıblar.

Yasamal RPİ 29-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Ə.Ələkbərov və Ş.Zöhrabov tutulublar.



Geri dön