Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > “Beynəlxalq Bank”a yeni sədr gətirildi
“Beynəlxalq Bank”a yeni sədr gətirildi10-01-2017, 16:51. Yazar: Xeberaz |
Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. APA-nın məlumata görə, yığıncaqda bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib. X. Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edib. Bununla yanaşı, Aqşin Əmirov İdarə Heyətinə sədr müavini vəzifəsinə təyin olunub. A. Əmirov bundan öncə Bank Respublika ASC-də analoji vəzifəni tutub. Geri dön |