Ana Sayfa > Karusel / İqtisadiyyat / Bizim seçim > Banklara bir ay möhlət verildi

Banklara bir ay möhlət verildi


10-01-2017, 16:18. Yazar: Xeberaz
Banklara bir ay möhlət verildi


Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi kommersiya banklarının elektron ticarətdə ƏDV-nin tutulmaması ilə bağlı razılığa gəlib.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, yeni razılaşmaya əsasən, banklar 1 ay ərzində elektron ticarət əməliyyatlarına qarşı ƏDV tətbiq etməyəcək.

Xatırladaq ki, yeni ildən Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, Azərbaycan banklarına məxsus plastik kartlarla xarici rezidentlərdən alınan xidmətlərə görə 18% ƏDV hesablanmalıdır.


Geri dön