Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt > Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTO

Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTO


8-01-2017, 12:15. Yazar: Xeberaz

Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTO

Goranboy rayon sakini Qaryağdı Həsənov dövlət rəmzimiz olan üçrəngli bayrağa sevigisini qeyri-adi formada nümayiş etdirib.

"Xəbəraz.az " bildirir ki, o, Tatarlı kəndində inşa etdirdiyi evi üçrəngli Azərbaycan bayrağına bürüyüb.

Ev tikilib ərsəyə gəldikdən sonra Qaryağdı Həsənov onu göy, qırmızı, yaşıl rəngə boyatdıraraq üzərinə ay-ulduz şəkli çəkdirib. Hündür ərazidə tikilən ev qonşu kəndlərdən də görünərək diqqət çəkir.
Q.Həsənov ikimərtəbəli evin inşasına 2016-cı ildə başlayıb. Tikinti işləri sürətləndikdən sonra arzusunu reallaşdırıb. 2 otaqdan, 1 eyvandan ibarət olan evin 2-ci mərtəbəsində hələ ki, işlər yekunlaşmayıb.
Cəbhə rayonu olan Goranboyun Tatarlı kəndində tikilən evə Q. Həsənov 5 min manatdan çox xərc çəkib. O, gələcəkdə evin dam örtüyünü də göy, qırmızı yaşıl rəngli keramika ilə örtəcəyini deyib.report

Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTO
Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTO
Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTO


Geri dön