Ana Sayfa > Karusel / Şou-Biznes / Müsahibə > Bəhram Bağırzadə efirləri sərt tənqid etdi: "Yazığınız gəlsin"

Bəhram Bağırzadə efirləri sərt tənqid etdi: "Yazığınız gəlsin"


7-01-2017, 22:12. Yazar: Xeberaz
Bəhram Bağırzadə efirləri sərt tənqid etdi: "Yazığınız gəlsin"

“Mən şou yaratmaq, aparıcı olmaq istəmirəm. Köhnə Bakıya aid bir veriliş istəyərdim edim. Amma kanallar mənə şərait yaratmadılar. İstəyirdim ki, proqram gecə 12-dən sonra yayımlansın”.

"Xəbəraz.az "-ın məlumatına görə, bu sözləri əməkdar artist Bəhram Bağırzadə deyib.

“V element” verilişinə qonaq olan aktyor verilişlərdən şikayətlənib. O bildirib ki, proqramlarda xoşagəlməz anlar yaşanır:

“Məndən heç kim inciməsin. Bizim verilişlərə baxanda elə təsəvvür yaranır ki, Azərbaycanda alim, elmlə məşğul olan, rəssam, memar yoxdur. Efirdə ancaq şoumen, müğənnilər var. Bir dəfə görmədim ki Sakit Məmmədov dəvət olunsun. Əzizə Mustafazadə Bakıya gəlir, onu dəvət edin. Muğamı sevirəm, amma demirəm ki, hər gün 18 saat efirdə muğam səsləndirilsin. Səhərin gözü açılmamış müğənniyə, xanəndəyə yazığınız gəlsin. Bunu səhər niyə oxutdurursunuz? Səhər insanları yatızdırırlar. Marş ver ki, insanlar oyansın, irəli getsin. Daha sonra başlayırlar həkimlər xəstəliklərdən danışmağa. İnsanların niyə əhvalını pozursunuz? Gülüş lazımdır, amma bu da intelektual olmalıdır. Gəlin, insanların zövqünü pozmayaq”.

B.Bağırzadə Bakı Şəhər İcra Hakimiyyətinə yazdığı məktublardan danışıb:

“41 məktub yazmışdım. Artıq onlardan dördü reallaşıb. Yazmışdım ki, istəyirəm Bakıda qadın taksi sürücüləri və çəhrayı taksilər olsun. Hətta həmin şirkət açılanda məni çağırıb halallıq aldı. Yazmışdım ki, küçələrdəki itləri nə qədər öldürmək olar? Gəlin onlar üçün yer ayıraq. Leyla xanım Əliyeva belə bir addım atdı, Allah qarşısında savab qazanıldı. İndi şəhərdə itlər azalıb. Heykəl demişdim, artıq işlər başlanılıb. Adını deyə bilmərəm, amma qadındır”.

Aktyor Bakı Şəhər İcra Hakimiyyətinə daha bir müraciət ünvanlayıb:

“Elə bilirlər ki, qadın 70 yaşı oldusa, həyatı bitdi. Halbuki xaricdə 70 yaşdan sonra geyinir, çantasını götürüb gedir gəzməyə. İcra hakimiyyətinin nəzdində ikimərtəbəli bina tikilsə idi, yaşlı qadınlar və kişilər əhvalını dəyişmək, evə qapanmamaq üçün oraya gələrdi. Onlar üçün orada toxumaq, tikmək, rəqs kurları, domino, nərd yarışları edərdik. Rəqs edib, sümüklərini açıb, əhvallarını yüksəldə bilərlər. Övlad onu səhər gətirsin, axşam evə aparsın”.



Geri dön