Ana Sayfa > Karusel / Hadisə > Zabrat yolunda 4 avtomobil toqquşdu: 1 ölü, 4 yaralı

Zabrat yolunda 4 avtomobil toqquşdu: 1 ölü, 4 yaralı


7-01-2017, 21:17. Yazar: Xeberaz
Zabrat yolunda 4 avtomobil toqquşdu: 1 ölü, 4 yaralı


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zabrat-Maştağa yolunda baş verib. Dörd minik avtomobilinin toqquşması ilə nəticələnən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya verilən xəbərə görə, onlardan birinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabildir. Yaralılardan biri azyaşlı uşaqdır.

Məlum qəza səbəbindən Zabrat yolunda tıxac yaranıb.




Geri dön