Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / Xəbəraz TV > Özcan Dəniz Azərbaycandan üzr istədi - Video

Özcan Dəniz Azərbaycandan üzr istədi - Video


7-01-2017, 18:37. Yazar: Xeberaz
Özcan Dəniz Azərbaycandan üzr istədi - Video


2009-cu ildə Türkiyədə bir proqramda Azərbaycanın məşhur bəstəkarı Emin Sabitoğlunun “Dağlar” mahnısını ermənicə oxuyan və bunu erməni xalq mahnısı kimi təqdim edən Özcan Dəniz Azərbaycan xalqından üzr istəyib.

"Xəbəraz.az "xəbər verir ki, ötən gün bir paylaşımla gündəmə çevrilən və bütün sosial şəbəkə və medianı əhatələyən, Özcan Dənizin ünvanına kəskin qınaqlarla müşayiət olunan yazılara türkiyəli müğənni İnstaqram səhifəsində reaksiya verib. Emin Sabitoğlunun mahnısı olduğunu bilmədən səhv etdiyini qeyd edən müğənni yazıb:

“Əziz azərbaycanlı qardaşlarım, təqribən 10 il əvvəl "Mədəniyyət körpüləri" adlı konsert proqramımız vardı. Bu konsertdə Mesopotamiyaya aid bir çox dildə mahnılar səsləndirdik. Bu layihənn tanıtımı üçün 8 il əvvəl çıxdığım proqram idi bu.

Repertuarda ispan və ingiliscə mahnılar da vardı. Kanal-24-də yayımlanan "Kafa dengi" proqramına da təqribən 10 il əvvəl bu konsertlərin tanıtımı üçün çıxmışdım və oxuduğum mahnı o an əzbərimdə olan bir mahnı idi. Emin Sabitoğludan bəhs etməli idim, haqlısınız. Bunun üçün sizlərdən üzr istəyə bilərəm. Məlumatsızlığıma görə üzrlü hesab edin. Mən artıq səhnəyə çıxmıram. Təqribən 10 il əvvəlin konsert və televiziya proqramı idi bu. Hətta o proqramı xatırlamıram. Sənətin dili, dini, irqi olmaz. Sizdə orada hansı mətbuat nə deyir, nədən bəhs edir, bilmirəm, amma təhrif edərək dedikləri dəqiqdir.

Mən sənətçiyəm. Yer üzündəki heç bir mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu pis niyyətli davranış məni azı sizin qədər məyus etdi, həmçinin əsəbiləşdirdi. Keçmişdə yaşadığınız ağrı-acıları azı sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir: Mən hər il Xocalı qətliamının ildönümündə acınızı paylaşıram. Bir neçə dəfə Şəhidlər xiyabanına gedib dua etmişəm. Allah da bilir ki, çəkdiyimiz seriallarda Azərbaycan xalqının aşağılaya biləcək istənilən ssenariyə qarşı çıxmışam. Biz qardaşıq. Türk filmini Azərbaycana gətirən mənəm. Türkiyədə Azərbaycan sənətçilərinin konsertinin təşkilatçılığını da ilk dəfə mən etmişəm. Hazırda azərbaycanlı dostlarımızla iki qardaş ölkənin ortaq abidəsi olan “Koroğlu” dastanını şəkmək üçün müzakirələr aparırıq. Bakı hər zaman mənim ikinci şəhərimdir, azərbaycanlı qardaşlarım da hər zaman mənim dostlarım olacaqlar. Buna zərər vermək istəyənlərin pisliyi özlərinə qalacaq. Sizləri sevirəm və pis niyyətli adamlara deyil, qəlbimə inanın. Allaha əmanət olun”.

Müğənni və aktyor Özcan Dəniz bu sözləri öz ifasında “Gəl, ey səhər” mahnısını paylaşıb.


Geri dön