Ana Sayfa > Karusel / Şou-Biznes > ÖZÜNƏ RƏQİB GÖRMƏYƏN ŞAKİR ABBAS OD PÜSKÜRDÜ: “ADAM OLUN...”

ÖZÜNƏ RƏQİB GÖRMƏYƏN ŞAKİR ABBAS OD PÜSKÜRDÜ: “ADAM OLUN...”


6-01-2017, 22:23. Yazar: Xeberaz
ÖZÜNƏ RƏQİB GÖRMƏYƏN ŞAKİR ABBAS OD PÜSKÜRDÜ: “ADAM OLUN...”

"Əlinizi vicdanınıza qoyun, düşünün".

Türkiyə mətbuatında “Stil ikonası” kimi təqdim olunan Şakir Abbas, onun arxasınca danışan, qeybət edən şəxslərə səslənib.

Müğənni Şakir Abbas "Xəbəraz.az " saytında onun sənətini bəyənməyənlərin cavabını verib: "Gördüyüm işlərə ağız büzüb, bu nədir deyə mız qoymaq həqiqətən günahdır. Üzdə bir cür, arxada başqa cürsünüz. Onda məni görəndə görüşməyin. Adam olun... Adamın bir sifəti olar, bəsdirin... Əlinizi vicdanınıza qoyun, düşünün". Şakir həmin şəxslərin əlindən boğaza yığıldığını deyərək, üsyan edib: "Mənim sizinlə işim yoxdur, sizin də mənimlə işiniz olmasın. Hər işə qiyməti tamaşaçı verir".

Geri dön