Ana Sayfa > Karusel / Gündəm > İzmirdə öldürülən terrorçularla bağlı YENİ FAKTLAR

İzmirdə öldürülən terrorçularla bağlı YENİ FAKTLAR


6-01-2017, 19:07. Yazar: Xeberaz
İzmirdə öldürülən terrorçularla bağlı YENİ FAKTLAR

Yanvarın 5-də Türkiyənin İzmir şəhərində məhkəmə binası qarşısında törədilən partlayışdan sonra atışmada öldürülən iki terrorçunun PKK-nın dağ bölüyündən olduğu üzə çıxıb.

"Xəbəraz.az "-ın APA-ya istinadən verdiyi xəbərə görə, terrorçuların dekabrın 28-də İzmirə gəldikləri və Bornova qəsəbəsində mənzil kirayələdikləri məlum olub. Terrorçuların üzərindən Qaziantepdə yaşayan iki nəfərin adına düzəldilmiş saxta şəxsiyyət vəsiqələri çıxıb. Aparılan araşdırma zamanı saxta sənədlərdə adı olan şəxslərin PKK terror təşkilatı ilə hər hansı əlaqələrinin olmadığı, terrorçuların PKK-nın dağ bölüyündən olduqları müəyyənləşdirilib.

Terrorçular dekabrın 30-da xarici ölkədən gələn və şəxsiyyəti açıqlanmayan bir nəfərlə görüşüb, iki avtomobil satın alıblar. Təhlükəsizlik qüvvələri avtomobillərin şəhərdən kənara çıxmadığı və partlayıcının İzmirdə hazırlandığı qənaətinə gəlib. Amonium-nitratdan istifadə edilərək hazırlanan 150 kq partlayıcı təsir gücünün çox olması üçün avtomobilin yük yerindəki qaz balonunun yanında yerləşdirilib. Partlayıcı olan avtomobil polis tərəfindən məhkəmə binası qarşısında saxlanıldıqdan sonra partladılıb. İkinci avtomobil polis tərəfindən təhlükəsizliklə əlaqədar nəzarət altında partladılsa da, bu avtomobildə partlayıcı qurğu aşkarlanmayıb. Hüquq-mühafizə orqanları terrorçuların ikinci avtomobildən qaçmaq məqsədilə istifadə etməyi planlaşdırdıqlarını ehtimal edir.

Olayla əlaqədar saxlanılan 18 şübhəli şəxsdən 9-nun terrorçularla əlaqəli olduğu da üzə çıxıb.

Qeyd edək ki, hadisə nəticəsində iki nəfər ölüb, 7 nəfər yaralanıb.
Geri dön