Ana Sayfa > Karusel / Gündəm / Maraqlı / M2 > Yayda bu yeməklərdən yemək faydalıdır
Yayda bu yeməklərdən yemək faydalıdır10-06-2015, 17:06. Yazar: Xeberaz |
Kartof çorbası 3 stəkan toyuq bulyonu 700 qr. kartof 2 diş sarımsaq 1 ədəd soğan 1 ədəd kərəviz 30 qr. kərə yağı 2 yemək qaşığı duru yağ Duz, istiot Nazik doğranmış soğan və sarımsağı kərə, duru yağda qovurun. Kuk kub doğanmış kartof, kərəviz və bulyonu əlavə edib 10 dəqiqə qaynadın. Daha sonar çorbanı əl blendri ilə qarışdırın. Duz, istiot, pul bibər əlavə edin və süfrəyə verin. Orman kababı 200 qram quşnbaşı ət 80 qr. yaşıl noxud 2 ədəd kartof 2 ədəd bibər 2 ədəd pomidor 1 qaşıq tomat 3 yemək qaşığı zeytun yağı 1/2 ədəd soğan Kəklikotu 1 stəkan toyuq bulyonu Pul bibər, duz, istiot 1 stəkan su Ətləri suda qaynadın. Ayrı bir qazanda zeytunyağında soğanları və bibəri çəhrayı olana kimi qızardın. Sonra üzərinə tomatları və əti əlavə edin. Bir necə dəqiqədən sonra noxud, kub kub doğanmış kartof və toyuq suyunu, zövqə görə duz, istiot, pul bibər əlavə edib, qazanın qapağını bağlayın. Az qazda 15 dəqiqə bişirin. Kəklikotu ilə bəzəyib süfrəyə verin. Biskivit topları 1 paket peçenye 1–1,5 ədəd banan 20 qr fındıqlı şokolad əzməsi 20 qr kokos Peçenye əl rondosunda (doğrayıcı mətbəx əşyası) əzilir. Sonra soyulan bananlar və şokolad yağını əlavə edib qarışdırın. Hazırlanan məhsulu əl ilə top şəklinə salıb, kokosa batırın. Limonlu keks 240 qr un 240 qr şəkər tozu 4 ədəd yumurta 240 qr kərə yağı Qabartma tozu Duz,vanil Limon qabığı Otaq temtperaturunda olan kərə yağını şəkər tozu ilə mikserlə çalaraq ağradın. Bir bir yumurtaları əlavə edərək çalmağa davam edin. Başqa bir qabda un, qabartma tozu, vanil və limonun rəndələnmiş qabıqlarını qarışdırın. Əldə edilən məhsulu yağın üzərinə əlavə edib qarışdırın. Keksin xəmirini əvvəlcədən isidilmiş 160 dərəcəlik sobada bir saat bişirin. Geri dön |