Ana Sayfa > Karusel / Maraqlı > Ət yeməyinin yanında portağal suyu için

Ət yeməyinin yanında portağal suyu için


6-01-2017, 00:28. Yazar: Xeberaz
Ət yeməyinin yanında portağal suyu için


Mütəxəssislər ət yeməklərini bir stəkan portağal suyu ilə yeməyi tövsiyə edirlər, belə ki, portağal suyunun həzmi asanlaşdırdığını söyləyirlər. Həmçinin ətdə olan bir çox vitamin və mineralların, C vitamini ilə yanaşı istehlak edilməsi halında orqanizm tərəfindən daha tez məniməsinildiyi bildirildi. Bu səbəbdən də, ətin yanında mütləq bir stəkan portağal şirəsi qəbul edilməlidir.

"Xəbəraz.az " bildirir ki, mütəxəssislər bu mövzu barəsində ətraflı məlumat verdilər: "C vitamini ət qrupunda yer alan dəmirin, A və B vitaminlərinin orqanizmdə daha əlverişli olaraq istifadə edilməsini təmin edir və bu səbəbdən də çox əhəmiyyətlidir.

Ətin daşıdığı qida elementlərinin orqanizmdə istifadəsi üçün yeməklərdə ətlə birlikdə C vitamini də qəbul olunmalıdır. Ən yaxşı yol isə, bir stəkan təbii portağal şirəsidir. Belə olan halda, həm yeməklərinizə yeni və xoş bir dad gəlir, həm də sağlam qidalanmış olursunuz".


Geri dön