Ana Sayfa > Karusel / İbadət > Bu il Həcc ziyarətinə daha çox şəxs gedə biləcək

Bu il Həcc ziyarətinə daha çox şəxs gedə biləcək


6-01-2017, 00:23. Yazar: Xeberaz
Bu il Həcc ziyarətinə daha çox şəxs gedə biləcək

Səudiyyə Ərəbistanı Həcc kvotasını yüksəldir.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Muhamməd bin Salih bin Tahir Bəntən bununla bağlı Ciddədə İslam ölkələrinin rəsmiləri ilə görüşüb.

Kvotanın yüksəldilməsinə səbəb Məkkənin müqəddəs məkanlarında genişləndirmə işlərinin yekunlaşmaq üzrə olması və bəzi yerlərdə işlərin tam başa çatmasıdır.

Nazir kvotanın yüksəldilməsi səbəbindən bu il təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini deyib. Sayın nə qədər artırılacağı açıqlanmayıb.
Geri dön