Ana Sayfa > Karusel / Hadisə / M2 > Su qızdırıcısının üstünə su tökülməsi nəticəsində qızı "tok" vurub

Su qızdırıcısının üstünə su tökülməsi nəticəsində qızı "tok" vurub


10-06-2015, 15:14. Yazar: Xeberaz
Su qızdırıcısının üstünə su tökülməsi nəticəsində qızı "tok" vurub

Xeberaz.az xəbər verir ki, Bu gecə İmişli rayonunda bədbəxt hadisə baş verib. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 01 radələrində baş verib.

Həmin saatlarda 2006-cı il təvəllüdlü Nuridə Niyaməddin qızı Təhməzova hamamda çimirmiş.

Bu zaman su qızdırıcısının üstünə su tökülüb. Bunun nəticəsində Nuridə Təhməzova hadisə yerində dünyasını dəyişib.

Hadisənin dəqiq baş vermə səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön