Ana Sayfa > Karusel / Hadisə > Şəmkirdə toy vaya döndü: 4 yaralı

Şəmkirdə toy vaya döndü: 4 yaralı


4-01-2017, 16:40. Yazar: Xeberaz
Şəmkirdə toy vaya döndü: 4 yaralı


Şəmkirdə ağır yol qəzası baş verib.
"Xəbəraz.az "-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən "Opel" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlar 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev, 1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadır.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.




Geri dön