Ana Sayfa > Karusel / Hadisə > Ağstafada ana və qızı güllələndi

Ağstafada ana və qızı güllələndi


3-01-2017, 22:36. Yazar: Xeberaz
Ağstafada ana və qızı güllələndi


Ağstafa rayonunda silahlı insident baş verib.

"Xəbəraz.az " bildirir ki, hadisə rayonun Yuxarı Göyçəli kəndində qeydə alınıb.

Rayon sakini Asim Allahverdiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən kənd sakinləri Şəfaqət Göyüşova və qızı Simizər xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Ağstafa rayon polis şöbəsi əməkdaşları tərəfindən Asim Allahverdiyevdən "Stevens" markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön