Ana Sayfa > Karusel / Maraqlı > Azərbaycanda ilk dəfə olaraq pərdəsiz tar düzəldilib

Azərbaycanda ilk dəfə olaraq pərdəsiz tar düzəldilib


3-01-2017, 22:31. Yazar: Xeberaz
Azərbaycanda ilk dəfə olaraq pərdəsiz tar düzəldilib


Azərbaycanda ilk dəfə olaraq pərdəsiz tar düzəldilib.

"Xəbəraz.az " xezerxeber.az-a istinadən bildirir ki, milli musiqi alətimizdə olan pərdələr notların yerini daha dəqiq bilmək üçün nəzərdə tutulub.

Bu tarın səsindən başqa tarlardan fərqli olduğunu hiss edə bilməzsiniz. Amma görüntüdən anlamaq olur ki, tarın biri pərdəli, digəri pərdəsizdir.

Pərdəsiz tarı ilk dəfə Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi, 2013-cü ildə beynəlxalq muğam müsabiqəsinin laureatı olmuş Bəhruz Zeynalov düzəldib.

Musiqi alətləri ustası Zöhrab Mürsəlov və tarzən Aslan Məhərrəmovun dəstəyi ilə nəhayət pərdəsiz tar hazırlanıb.

Pərdəsiz tarın müşayiəti ilə ilk dəfə muğam oxuyan tanınmış xanəndə Elnur Zeynalov deyir ki, artıq bütün məşhur tarzənlər bu alətə öz xeyir-duasını veriblər.






Geri dön