Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Bu gün TANAP qaz kəmərinin türk hissəsinin bünövrəsi qoyulacaq

Bu gün TANAP qaz kəmərinin türk hissəsinin bünövrəsi qoyulacaq


17-03-2015, 11:51. Yazar: Xeberaz
Bu gün TANAP qaz kəmərinin türk hissəsinin bünövrəsi qoyulacaq
Azərbaycan qazı Avropaya nəql olunacaq.

Bu gün Türkiyədə TANAP qaz kəmərinin türk hissəsinin bünövrəsinin qoyulması mərasimi baş tutacaq.

Xeberaz.az istinadən Oxu.Az-a xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.

Tədbirdə həmçinin Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç də iştirak edəcək.

Qeyd edək ki, 2019-cu ilin sonuna TANAP Türkiyə və Avropaya 16 mlrd. kubmetr Azərbaycan qazı nəql edəcək.
Geri dön