Ana Sayfa > Karusel / Hadisə > Təcili yardım avtomobili qəzaya düşüb yandı - KÜRDƏMİRDƏ

Təcili yardım avtomobili qəzaya düşüb yandı - KÜRDƏMİRDƏ


3-01-2017, 11:39. Yazar: Xeberaz
Təcili yardım avtomobili qəzaya düşüb yandı - KÜRDƏMİRDƏ


Kürdəmirdə təcili yardım maşını yük maşını ilə toqquşub. "Xəbəraz.az "-ın verdiyi məlumata görə, Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının “Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus “KamAZ” markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində “Qazel” markalı avtomobilin yanar hissələri yanıb. “KamAZ” markalı yük avtomobili yanğından mühafizə olunub.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri dön