Ana Sayfa > Karusel / Hadisə > Şirvanda maşın azyaşlını vuraraq ağır yaralayıb

Şirvanda maşın azyaşlını vuraraq ağır yaralayıb


2-01-2017, 23:54. Yazar: Xeberaz
Şirvanda maşın azyaşlını vuraraq ağır yaralayıb


Şirvanda avtomobil 12 yaşlı uşağı vurub.

"Xəbəraz.az "-ın APA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

Şirvan sakini idarə etdiyi VAZ 2107 markalı avtomobillə yolu keçən 2005-ci il təvəllüdlü Səttarov Rəsul Elşad oğlunu vurub.

Ağır xəsarət alan azyaşlı kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.




Geri dön