Ana Sayfa > Karusel / Hadisə / Dünya > Fransa ordusu İŞİD-in Palmiradakı mövqelərini bombaladı

Fransa ordusu İŞİD-in Palmiradakı mövqelərini bombaladı


2-01-2017, 23:41. Yazar: Xeberaz
Fransa ordusu İŞİD-in Palmiradakı mövqelərini bombaladı


Fransa hərbi-hava qüvvələri İŞİD terror qruplaşmasının Palmira şəhərindəki mövqelərinə aviazərbələr endirib.

"Xəbəraz.az "-ın məlumatına görə, bu barədə Fransa prezidenti Fransua Olland Bağdada səfərində İraqın baş naziri Heydər əl-İbadi ilə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.

“Bizim təyyarələr zərbələr yetirməyə davam edir. Onlar yanvarın 2-də Palmirada İŞİD-in mövqelərinə zərbələr vurub”, - deyə F. Olland bildirib.

Qeyd edək ki, Suriya ordusu Palmira şəhərini Rusiyanın köməyilə 2016-cı ilin martında terrorçulardan azad edib.
Geri dön