Ana Sayfa > Karusel / Hadisə > Bakıda dəm qazından ölən futbolçuların - Fotoları

Bakıda dəm qazından ölən futbolçuların - Fotoları


2-01-2017, 16:14. Yazar: Xeberaz
Bakıda dəm qazından ölən futbolçuların - Fotoları


Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda kirayədə yaşayan Kamerun vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.

Polisdən bildirilib ki, hadisə zamanı ölən iki nəfər - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudur.

APA-nın məlumatına görə, kamerunlu Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linusme həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən “SabunçuSpor” klubuna çıxış ediblər.

Senan Nike əvvəllər “SabunçuSpor”un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıb.

Əcnəbi tələbələr Texniki Universitetdə oxuyurmuş.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.

Bakıda dəm qazından ölən futbolçuların - Fotoları
Bakıda dəm qazından ölən futbolçuların - Fotoları
Geri dön