Ana Sayfa > Karusel / Gündəm > 12 dərəcə isti olacaq - SABAH

12 dərəcə isti olacaq - SABAH


2-01-2017, 12:12. Yazar: Xeberaz
12 dərəcə isti olacaq - SABAH



Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülyim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacaq.
Advertising 31


Rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Geri dön