Ana Sayfa > Karusel / Gündəm / Bizim seçim > Səngəçaldakı qəzayla bağlı SOCAR-dan AÇIQLAMA
Səngəçaldakı qəzayla bağlı SOCAR-dan AÇIQLAMA2-01-2017, 12:05. Yazar: Xeberaz |
Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir. "Xəbəraz.az " xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib. Məlumata görə, qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılıb. "Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işləri davam etdirilir. Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərinin qaz təminatına heç bir təsiri olmayacaq", - deyə məlumatda qeyd olunub. Qeyd edək ki, bu gün saat 07:00 radələrində 2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttinin eyni yerində yenidən yanğınla nəticələnən partlayış baş verib. Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb. Qaz xəttində baş vermiş yanğın söndürülüb. Geri dön |