Ana Sayfa > Karusel / Hadisə > İmişlidə iki maşın toqquşdu: 6 yaralı

İmişlidə iki maşın toqquşdu: 6 yaralı


1-01-2017, 20:55. Yazar: Xeberaz
İmişlidə iki maşın toqquşdu: 6 yaralı


İmişli rayonunun Bəhrəmətəpə qəsəbəsi ərazisində "VAZ2104" və "QAZ 24" markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində "VAZ2104" markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Qurbanzadə Arazbəyli Qurban oğlu və "QAZ 24" avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Əliyev İbrahim Habil oğlu, o cümlədən 1972-ci il təvəllüdlü Əliyeva Şölə Qismətəli qızı, 1983-cü il təvəllüdlü Əliyeva Ülviyyə İsfəndiyar qızı, 1971-ci il təvəllüdlü Əliyev Vasif Qismətəli oğlu, 1971-ci il təvəllüdlü Əkbərzadə Sənan Miri oğlu müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.




Geri dön