Ana Sayfa > Karusel / Dünya / M2 > Tiflis: “Torpaqlarımızda ruslaşdırma gedir”

Tiflis: “Torpaqlarımızda ruslaşdırma gedir”


31-12-2016, 21:28. Yazar: Xeberaz
 Tiflis: “Torpaqlarımızda ruslaşdırma gedir”

Abxaziya və Cənubi Osetiya Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir.

"Xəbəraz.az " xəbər verir ki, bunu “Palitranyus” televiziyasına müsahibəsində Gürcüstanın Vətəndaş Bərabərliyi və Barışıq naziri Ketevan Sixelaşvili söyləyib. O, hazırda hər iki bölgədə ruslaşdırılma aparıldığını bildirib:

“Hər iki bölgə faktiki olaraq boşalıb. Cənubi Osetiyadakı əhali öz bölgələrini tərk edib. Bu situasiya bizim maraqlarımıza cavab vermir. Bu proses təkcə Rusiyanın lehinədir”.

Qeyd edək ki, Abxaziya və Cənubi Osetiya Gürcüstan torpaqlarıdır. Hər iki ərazi Moskvanın aktiv dəstəyi sayəsində Tiflisin nəzarətindən çıxıb.
Geri dön