Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt > Yeni ildə uşaqlarınızla belə əylənin – Valideynlərə tövsiyə

Yeni ildə uşaqlarınızla belə əylənin – Valideynlərə tövsiyə


30-12-2016, 17:59. Yazar: Xeberaz
Yeni ildə uşaqlarınızla belə əylənin – Valideynlərə tövsiyə
Evində uşaq olan ailələr Yeni il gecəsini hər kəsdən daha çox arzulayır. Həmin gün və sonrakı tətil günlərində uşaqlar əylənmək, maraqlı vaxt keçirmək istəyir. Valideynlər də həmin günə biganə yanaşmamalıdırlar. Uşaqlarınızla vaxtınızı necə keçirəcəyinizi bilmirsinizsə, narahat olmayın, sizə olduqca əyləncəli təkliflərimiz var.

Film gecəsi

Yeni il mövzusunda olan filmləri seçib, kino axşamı təşkil edə bilərsiniz. Bu, hər yaşda olan uşağın xoşuna gələcək. Hələ popkorn və isti şokolad da olarsa, vaxtın necə keçdiyini bilməyəcəksiniz.

Yeni il işıqları

Yeni il üçün parıldayan, bəzənmiş şəhərdə gəzmək əyləncəlidir. Bəzi küçələr və alış-veriş mərkəzləri bu xüsusi gün üçün həqiqətən olduqca diqqətçəkən dekorasiyalar hazırlayırlar.

Yeni il şirniyyatları

Uşaqlar şirniyyatı ən az yemək qədər çox sevirlər. Üstəlik, fərqli bəzəklərlə yeni ili xatırladan xüsusi fiqurlar şirniyyatları yeməkdən daha çox ləzzətli oyuncaqlara çevirəcək.

Şam ağacı bəzəmək

Yeni ilin əsas rəmzi olan şam ağacını bəzəmək ən maraqlı əyləncədir. Uşaqlarınızı bu işə daha çox cəlb edin. Pozitiv musiqi sədaları altında ailəcə bəzədilən şam ağacı sizi olduqca xoşbəxt edəcək.

Yeni il üçün əl işləri

Evin Yeni il aksessuarları ilə bəzədilməsi, şam ağacı üçün hazırladığınız oyuncaqlar və sevdikləriniz üçün hazırlayacağınız hədiyyələr siz və uşaqlarınız üçün maraqlı vaxt keçirməyinizi təmin edən məşğuliyyətlərdən biridir. Bu cür məşğuliyyətlər uşaqlarınızın bacarıqlarını inkişaf etdirdiyi kimi yaradıcılığını da ortaya çıxaracaq.

Xoşbəxtliyinizi paylaşın

Öz ailənizin dincliyi və xoşbəxtliyi əlbəttə çox əhəmiyyətlidir. Bəs bu xüsusi zamanda sevginizi paylaşmağa nə deyirsiniz? Məhəllənizdə ehtiyac sahibi olanlara geyim-ərzaq yardımı edə bilərsiniz. Hətta küçə heyvanları üçün sığınacaq yer və yemək verə bilərsiniz. Üstəlik, belə bir tərbiyə ilə böyüyən uşaq, əlbəttə, böyüdükdə daha yaxşı niyyətli və düşüncəli bir insan olacaq.

Şaxta babanı ziyarət edin

Şaxta baba bütün uşaqların sevimlisidir. Hər bir uşaq bu ağ saqqalı baba ilə tanış olub qulağına yeni il diləklərini söyləməyi sevirlər. İcazə verin hədiyyələri uşaqlarınıza şaxta baba təqdim etsin.
Geri dön