Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Avtobus sürücüsü sərnişinlərin həyatı ilə oynayır - VİDEO

Avtobus sürücüsü sərnişinlərin həyatı ilə oynayır - VİDEO


30-12-2016, 11:08. Yazar: Xeberaz
Avtobus sürücüsü sərnişinlərin həyatı ilə oynayır - VİDEO



Bir əlində telefon, digər əlində isə siqaret. Belə vəziyyətdə də avtobusu idarə edir. Üstəlik musiqinin səsi də ətrafı bürüyüb.
"Xəbəraz.az "xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər 38 saylı avtobusda qeydə alnıb. Sərnişinlərdən birinin lentə aldığı kadrlar "Xəzər Xəbər"ə göndərilib. Kadrlarda avtobus sürücüsünün qayda pozuntusu açıq-aydın görünür.

Sürücü avtobusu idarə edə-edə siqaret çəkməklə yanaşı, telefonla danışır. Nəticədə də sərnişinlərin həyatını təhlükəyə atır.

Məsələyə Bakı Nəqliyyat Agentliyi 38 saylı marşurut xəttinin sahibkarına xəbərdarlıq edib. Daşıyıcı şirkətin xətt rəisi Ələsgər Əsgərov deyir ki, qaydanı pozan sürücü Elşən Hümbətov artıq cəzalandırılıb.

Daşıyıcı şirkətin digər sürücülərinə isə belə halların yaşanmaması üçün təlimatlar verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Geri dön