Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD-in Rakka lideri öldürüldü

İŞİD-in Rakka lideri öldürüldü


30-12-2016, 01:28. Yazar: Xeberaz
İŞİD-in Rakka lideri öldürüldü
Koalisiya qüvvələrinin Suriyanın Tabka su anbarı yaxınlığına endirdiyi aviazərbələr nəticəsində İŞİD qruplaşmasının Rakka üzrə lideri Əbu Candal Kuveyti öldürülüb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) məlumat yayıb.

Terrorçunun 26 dekabrda təşkil edilən əməliyyat zamanı öldürüldüyü bildirilib.

İŞİD-in Müharibə Şurasının üzvü olduğu deyilən Kuveyti Palmiranın geri alınmasında xüsusi rol oynayıb.
Geri dön