Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > AZƏRBAYCANLI MÜĞƏNNİ RUSİYADA DAHA BİR UĞURA İMZA ATDI – VİDEO

AZƏRBAYCANLI MÜĞƏNNİ RUSİYADA DAHA BİR UĞURA İMZA ATDI – VİDEO


28-12-2016, 18:05. Yazar: Xeberaz
AZƏRBAYCANLI MÜĞƏNNİ RUSİYADA DAHA BİR UĞURA İMZA ATDI – VİDEO

Dubayda yaşayan həmyerlimiz, müğənni Anar Əhmədov Rusiya şou-biznesində növbəti qələbəsini qeyd edir.

"Xəbəraz.az "-ın məlumatına görə, tanınmış müğənni "Youtube" kanalının daxilində fəaliyyət göstərən və Rusiyanın ən böyük musiqi kanallarından hesab olunan “ELLO ELLO” ilə iş birliyi qurub. İfaçının yeni "Не со мной” (Mənim deyilsən) klipi sözügedən kanalda təqdim olunub.

Dubayda çəkilən "Не со мной” (Mənim deyilsən) klipini rejissor Məryəm Jemcujina ərsəyə gətirib. Mahnının söz və musiqisi A.Sokolova məxsusdur.
Qeyd edək ki, kanalda Rusiyanın və Ukraynanın tanınmış ifaçılarının klipləri yerləşdirilir. Ancaq bu, ifaçının razılığı ilə həyata keçir və bunun üçün xüsusi müqavilə imzalanır. Kanalda Dan Balan, Nüşa, Vera Brejneva, Dima Bilan, Fillip Kirkorov, Ani Lorak, Valeriy Meladze və digər tanınmış ifaçıların klipləri nümayiş olunur.

“ELLO ELLO” tez bir zamanda kifayət qədər istifadəçi toplayıb və yüksək baxış sayı qazanıb. Kanal dünyanın ən böyük musiqi şirkətlərindən olan Universal Music, Warner Music Russia və Velvet Musiclə əməkdaşlıq edir.


Geri dön