Ana Sayfa > Karusel / Maraqlı > Məişət sabununun sağlamlığa möcüzəli təsirləri
Məişət sabununun sağlamlığa möcüzəli təsirləri28-12-2016, 14:35. Yazar: Xeberaz |
Hamınızın tanıdığı qəhvəyi rəngdə olan məişət sabununun orqanizmə necə faydalı olduğunu bilirsinizmi? Yeni kimyəvi sabunlar kəşf olunduqca 72%-li məişət sabunundan çoxları istifadə etmir. Amma onun insan sağlamlığlna necə təsir etdiyindən də çoxlarının xəbəri yoxdur. Belə ki, bu məişət sabunu aşağıdakı möcüzələrə qadirdir: * Əgər əlinizdə kəsik və ya çızıq baş veribsə, məişət sabunu ilə oranı sürtsəniz yaraya infeksiya düşməz və sağalma prosesi sürətlənər. * Müxtəlif zərbələrdən əmələ gələn göyərməni sağaltmaq üçün oraya buz qoymaqdansa, məişət sabunu sürtməniz daha məqsədə uyğundur. Çünki bu sabun zərbədən əmələ gəlmiş şişkinliyi və göyərməni aradan qaldırır. * Soyuqdəymə və qripp zamanı burun dəliklərini və burun ətrafı nahiyələri məişət sabunu ilə tez-tez yusanız mikroblar ölər və tez sağalarsınız. * İrinli yaraların tez sağalması üçün məişət sabunu, soğan və şəkər tozundan hazırlanan qarışım çox faydalıdır. Milli.Az immunitet.az-a istinadən bildirir ki, bunun üçün qarışımı axşam yatanda yaranın üzərinə qoyulur və səhər götürülür. * Ayaq göbələklərindən qurtarmaq üçün xəstəlik olan nahiyəyə məişət sabunu sürtüb, fırça ilə fırçalamaq sonra isə yuyub-qurudub yod sürtmək lazımdır. Bu müalicə 1 həftə və gündə 2 dəfə təkrar olunmalıdır. * Üz qırxan zaman bahalı təraş sabunlarına pul xərcləməkdənsə, məişət sabunundan istifadə etmək daha faydalıdır. * Bu sabunla diş fırçasını, darağı və süd şüşələrini dezinfeksiya eləmək olur. * Saçları ayda bir dəfə məişət sabunu ilə yuyub duruladıqdan sonra limon şirəsi və ya üzüm sirkəsi qatılmış su ilə yaxaladıqda saçlar daha canlı olur. * Üzün dərisində olan qızartılardan və sızanaqlardan xilas olmaq üçün məişət sabununu köpürdüb köpüyü üzün dərisinə sürtmək və yarım saat sonra ilıq su ilə yumaq lazımdır. Bu proses 2 həftə ərzində gündə 2-3 dəfə təkrar edilıdikdə dəri təmizlənir. * Dabanlarda olan dəri qalınlaşmasından xilas olmaq üçün bir-neçə gün ayaqlar, 2 litr suya 1 çay qaşığı soda və 1/3 üyüdülmüş məişət sabunu qatılmış suda vanna edilməlidir. Geri dön |