Ana Sayfa > Karusel / Gündəm / Bizim seçim > TRT-1 Azərbaycanda yenidən açılır

TRT-1 Azərbaycanda yenidən açılır


27-12-2016, 20:47. Yazar: Xeberaz
TRT-1 Azərbaycanda yenidən açılır


Türkiyənin TRT-1 telekanalının Azərbaycanda yayımı bərpa oluna bilər.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend-ə TRT-nin Bakı nümayəndəliyindən bildiriblər.

Nümayəndəlikdən deyiblər ki, telekanalın gələn ilin yanvar ayında rəqəmsal yayımı gözlənilir:

"Hazırda danışıqlar aparılır, müvafiq sənədlərin imzalanacağı gözlənilir".

Qeyd edək, rəqəmli yayımla bağlı müqaviləsi olmadığına görə noyabrın 1-dən TRT-1-in Azərbaycanda yayımı dayandırılıb.

Xatırladaq ki, noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si isə bölgələrdə analoq TV yayımı dayandırılıb.


Geri dön