Ana Sayfa > Karusel / Gündəm / Bizim seçim > Bakı İran vətəndaşları üçün vizanı sadələşdirir

Bakı İran vətəndaşları üçün vizanı sadələşdirir


27-12-2016, 15:41. Yazar: Xeberaz
Bakı İran vətəndaşları üçün vizanı sadələşdirir



Azərbaycan gələn il İran vətəndaşları üçün viza rejimini əhəmiyyətli dərəcədə sadələşdirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu sözləri iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir deyib: “2017-ci ilin yanvarın 10-dan başlayaraq İran vətəndaşları Azərbaycana daxil olmaq üçün vizaları ASAN Viza sistemi ilə ala bilər, bu zaman onlar vizanı üç gün ərzində əldə edəcəklər”.
Geri dön