Ana Sayfa > Karusel / İqtisadiyyat / Bizim seçim > Bakıda dərman fabriki tikiləcək

Bakıda dərman fabriki tikiləcək


27-12-2016, 12:57. Yazar: Xeberaz
Bakıda dərman fabriki tikiləcək


Son 3 ildə İranla Azərbaycan arasında münasibətlər daha da inkişaf edib. Həmçinin, ölkə başçılarının qarşılıqlı səfərləri olub. Bu səfərlər çərçivəsondə 40-dək sənəd imzalanıb.

Report xəbər verir ki, bunu Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının bu gün Bakıda keçirilən XI iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin birinci hissəsinin icrası artıq başa çatıb:

"Son illər bizim hökumət nümayəndələrinin 100-ə yaxın səfəri olub. Hökumətlərarası Komissiyanın işinin uğurla təşkilinə görə, Komissiyanın İran tərəfindən sədri Vaezi Prezident tərəfindən Dostluq Ordeni ilə təltif edilib".

Nazir deyib ki, yanvarın ilk yarısında Bakıda İran şirkətlərinin də iştirak etdiyi dərman fabrikinin tikintisinin əsası qoyulacaq.
Geri dön