Ana Sayfa > Karusel / Gündəm / M2 > ANS-in 5 əməkdaşı AzTV-yə keçdi

ANS-in 5 əməkdaşı AzTV-yə keçdi


26-12-2016, 14:16. Yazar: Xeberaz
ANS-in 5 əməkdaşı AzTV-yə keçdi
Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) işə başlayıb.

"Xəbəraz.az " xəbər verir ki, bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natəvan Babayeva, Röya Bənənyarlıdır.

Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AzTV-də işə götürüləcəyi bildirilir.

AzTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.
Geri dön