Ana Sayfa > Karusel / Hadisə / Dünya > Dəhşətli qasırğa gəlir: 76 min insan təxliyə edildi

Dəhşətli qasırğa gəlir: 76 min insan təxliyə edildi


25-12-2016, 23:09. Yazar: Xeberaz
Dəhşətli qasırğa gəlir: 76 min insan təxliyə edildi


Filippinin Luzan adasındakı Albay əyalətində 76 min 399 nəfər insan təhlükəsiz bölgəyə təxliyə edilib.

"Xəbəraz.az " xəbər verir ki, insanların təxliyə edilməsinə səbəb Nina qasırğasıdır.

Axşam saatlarında quruya çatması gözlənilən Nina qasırğasının sürəti saatda 185 kilometrə qədər çatır. Filippin Dövlət Metereologiya bürosu qasırğanın Catanduanes adası və əyalətində 220 km/sata çatacağını bildirib.
Qeyd edək ki, Filippində 2013-cü ildəki Haiyan qasırğası 6 mindən çox insanın ölümünə, 4 milyon insanın isə evsiz qalmasına səbəb olmuşdu.
Geri dön