Ana Sayfa > Karusel / Hadisə > Gəncədə ağır qəza: yaralılar var

Gəncədə ağır qəza: yaralılar var


25-12-2016, 21:03. Yazar: Xeberaz
Gəncədə ağır qəza: yaralılar var


Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb.

“Mercedes” və “VAZ2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ2107” da olan iki sərnişin, şəhər sakinləri, 1940-cı il təvəllüdlü Qənirə İbrahimova və 1975-ci il təvəllüdlü Əminə İbrahimova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Geri dön