Ana Sayfa > Karusel / Hadisə / Dünya > Marixuanadan istifadəyə görə həbs cəzası ləğv olundu - Gürcüstanda

Marixuanadan istifadəyə görə həbs cəzası ləğv olundu - Gürcüstanda


25-12-2016, 10:01. Yazar: Xeberaz
Marixuanadan istifadəyə görə həbs cəzası ləğv olundu - Gürcüstanda


Gürcüstanda kiçik dozada marixuanadan şəxsi məqsəd üçün istifadəyə görə həbs cəzası ləğv olunub.
"Xəbəraz.az "-ın APA-ya istinadən verdiyi xəbərə görə, müvafiq qərar ölkənin Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib.

Qərara əsasən, məhkəmə marixuanadan şəxsi məqsəd üçün istifadəyə görə həbs cəzası nəzərdə tutan normanı Konstitusiyaya zidd hesab edib.

Təşəbbüsü Gürcüstanın ombudsmanı irəli sürüb. Ombudsman marixuanadan istifadəyə görə həbs cəzasını həddindən artıq sərt olduğunu iddia edib.
Geri dön