Ana Sayfa > Karusel / Siyasət / M2 > İsraildən BMT-nin qətnaməsinə - Sərt reaksiya

İsraildən BMT-nin qətnaməsinə - Sərt reaksiya


24-12-2016, 01:54. Yazar: Xeberaz
İsraildən BMT-nin qətnaməsinə - Sərt reaksiya
Rəsmi Tel-Əviv BMT Təhlükəsizlik Şurasının yaşayış məskənlərinə dair qətnaməsinə əməl etməyəcək.

APA-nın məlumatına görə, bunun Reuters agentliyinə baş nazir Benyamin Netanyahunun mətbuat katibliyi bəyan edib.

“İsrail BMT Təhlükəsizlik Şurasının qərəzlə dolu qətnaməsini rədd edir və ona əməl etmək niyyətində deyil”, məlumatda vurğulanıb.

Qeyd edək ki, bir qədər əvvəl BMT Təhlükəsizlik Şurası İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib. Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib, ABŞ isə bitərəf qalıb.
Geri dön