Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Tovuzda “VAZ”-la “KamAZ” toqquşdu: 1 yaralı

Tovuzda “VAZ”-la “KamAZ” toqquşdu: 1 yaralı


24-12-2016, 01:46. Yazar: Xeberaz
Tovuzda “VAZ”-la “KamAZ” toqquşdu: 1 yaralı
Bakı-Qazax magistralında iki avtomobil toqquşub. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə yolun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2107” və “KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 24 yaşlı Vüqar Quliyev müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Geri dön