Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Balakəndə ev yandı: 3 yaşlı uşaq yanaraq öldü

Balakəndə ev yandı: 3 yaşlı uşaq yanaraq öldü


24-12-2016, 01:40. Yazar: Xeberaz
Balakəndə ev yandı: 3 yaşlı uşaq yanaraq öldü
Balakəndə fərdi yaşayış evi yanıb, 3 yaşlı uşaq yanaraq ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 19:20 radələrində Balakən şəhəri Daanov küçəsində Səltənət Məhəmməd qızı Məmmədovaya məxsus, ümumi sahəsi 180 kv/m olan kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsindən evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.

Yanğın kəşfiyyatı zamanı 3 yaşlı Ramal Amil oğlu Alagözovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən yanmış evdə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön