Ana Sayfa > Karusel / Siyasət / M2 / Həftə-Reytinq > Ərdoğan və Putin arasında növbəti telefon danışığı

Ərdoğan və Putin arasında növbəti telefon danışığı


24-12-2016, 01:21. Yazar: Xeberaz
Ərdoğan və Putin arasında növbəti telefon danışığı
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Tərəflər Rusiyanın Türkiyədəki səfirinin qətli ilə bağlı araşdırma və Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə ediblər.

"Rəcəb Tayyib Ərdogan Vladimir Putini Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar aparılan istintaq barədə məlumatlandırıb. Məsələ ilə əlaqədar Rusiya və Türkiyə hüquq-mühafizə və xüsusi xidmət orqanlarının sıx koordinasiyası qeyd edilib. Hələb şəhərində başa çatan əməliyyata toxunan tərəflər sülh prosesinin başlanması, Suriya ərazisində hərbi əməliyyatların dayandırılması üçün münaqişənin siyasi həllində əlverişli şəraitin yaradıldığını vurğulayıblar”, məlumatda deyilir.
Geri dön