Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > "Evdə tək" filminin uşaqları 26 il sonra - FOTOLAR
"Evdə tək" filminin uşaqları 26 il sonra - FOTOLAR23-12-2016, 21:50. Yazar: Xeberaz |
1990-cı illərin məşhur ailə komediyası "Evdə tək"in ulduzlarının illər sonrakı fotoları yayılıb. "Xəbəraz.az " həmin fotoları təqdim edir. Kevin MakKallister - Makauley Kalkin Səsyazma studiyasında çalışan aktyor son olaraq komediya serialı olan "Jim Gaffigan Show"da rol alıb. Buzz MakKallister-Devin Ratray Aktyor "Evdə tək" filminin həyatında dönüş olduğunu və insanların onu tanıdıqdan sonra bir sıra layihələrə çağrıldığını bildirib. Meqan MakKallister-Hillary Volf Kevinin bacısı rolunu canlandıran Meqan 1996-2000-ci illərdə Olimpiya oyunları üçün ABŞ-ın cüdo komandasına seçilir. Hal-hazırda karyerasını idmançı olaraq davam etdirir. Fuller-Kiran Kalkin 34 yaşlı aktyor əsas rolu canlandıran Makauleyin doğma qardaşıdır. O, "Scott Pilgrim vs the World and TV" şousunda və "Farqo" serialında rol alaraq uğurlu bir karyeranın sahibi olub. Ceff MakKallister-Mayk C.Maruna Filmdə Kevini "xəstəlik" adlandıran aktyor hal-hazırda "Danny and Mike" adlı layihədə çalışır. O, "The Adventures of Pete & Pete"də də rol alıb. Linni MakKallister-Angela Qoetals Hazırda 39 yaşı olan aktrisa "TV Show 24", "Grey's Anatomy" ve "CSI"-da rol alıb.axşam.az Geri dön |