Ana Sayfa > Karusel / Gündəm / Bizim seçim > İşıq pulunu yeni tariflə ödəmisiz? - "Azərişıq"dan AÇIQLAMA

İşıq pulunu yeni tariflə ödəmisiz? - "Azərişıq"dan AÇIQLAMA


23-12-2016, 21:37. Yazar: Xeberaz
İşıq pulunu yeni tariflə ödəmisiz? - "Azərişıq"dan AÇIQLAMA



Dekabrda yeni tariflə edilmiş ödənişlər Tarif (qiymət) Şurasının qəbul etdiyi yeni güzəştli limitə uyğun tənzimlənəcək.
"Xəbəraz.az " xəbər verir ki, bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AZƏRTAC-a Tarif (qiymət) Şurasının son qərarını şərh edərək bildirib.

"Dekabr ayında 250 kilovat-saatı keçdiklərinə görə istifadə etdikləri hər kilovat-saata 11 qəpik ödəyənlərin hesabını qurumda istifadə olunan sistem avtomatik tənzimləyəcək və 300 kilovat-saata qədər olan hissəni 7 qəpikdən hesablayacaq. Yalnız 300 kilovat-saatı keçəndən sonra 11 qəpik tarifi tətbiq ediləcək. Abonentin ödəmiş olduğu qalan vəsait növbəti günlərdə istifadə etdiyi elektrik enerjisinə uyğun hesablanacaq", - deyə T.Mustafayev qeyd edib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Tarif (qiymət) Şurasının iclasında əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb.
Geri dön