Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > Təyyarə qaçıranlar təslim oldu - Video

Təyyarə qaçıranlar təslim oldu - Video


23-12-2016, 20:41. Yazar: Xeberaz
Təyyarə qaçıranlar təslim oldu - Video


15:10

Liviyada içində 118 nəfərin olduğunu təyyarə qaçırılıb.

"Xəbəraz.az " xəbər verir ki, təyyarənin naməlum iki şəxs tərəfindən qaçırıldığı bildirilir. Onlar polisi təyyarəni partlatmaqla təhdid edirlər.

Məlumata görə, təyyarə hazırda Maltaya eniş edib.

16:45

Liviya mediasının yaydığı məlumata görə, "Afriqiyah Airvays" şirkətinə məxsus A320 hava layneri Maltaya eniş etdikdən sonra təyyarəni qaçıran şəxslər sərnişinləri azad edib, heyət üzvlərini isə hələ də girov saxlayırlar.

Təyyarəni qaçıranlar “Əl Fatih əl-Cədid” qruplaşmasının üzvləridir. Onlar Muəmmər Qəzzafinin oğlu Seyf Əl İslamın azadlığa buraxılmasını tələb edirlər.

20:35

Liviya təyyarəsini qaçıran şəxslər Malta hökumətinə təslim olublar.

Bunu Maltanın baş naziri Cosef Muskat bəyan edib.

“Cinayətkarlar təslim olub, onların üzərində axtarış aparılıb və həbs ediliblər“, deyə C.Muskat bildirib.


Geri dön