Ana Sayfa > Karusel / Hadisə > Bakıda 5 yaşlı uşaq antibiotikdən dünyasını dəyişdi

Bakıda 5 yaşlı uşaq antibiotikdən dünyasını dəyişdi


21-12-2016, 18:44. Yazar: Xeberaz
Bakıda 5 yaşlı uşaq antibiotikdən dünyasını dəyişdi



Bakıda azyaşlı uşaq iynədən dünyasını dəyişib.

"Xəbəraz.az "xəbər verir ki, criminal.az saytına daxil olan məlumata görə, iki gün əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 5 yaşlı Fatimə Sərdarova səhlənkarlığın qurbanı olub.

Qızdırmalı vəziyyətdə olan F.Sərdarovaya tibb bacısı antibotik iynəsi vurub. Elə həmin an uşaq göyərib və canını tapşırıb.

Ərazi üzrə 22 saylı uşaq polikilinikasının baş həkimi Rəna Qurbanova criminal.az saytına faktı təsdiq etsə də, ölümün səbəbi barədə məlumatsız olduğunu bildirdi.

Baş pediatr Nəsib Quliyev də ölüm hadisəsi barədə məlumatsız olduğunu dedi.


Geri dön