Ana Sayfa > Karusel / Siyasət / Dünya > Putin qətlə yetirilmiş səfirə "Rusiya qəhrəmanı" adı verdi

Putin qətlə yetirilmiş səfirə "Rusiya qəhrəmanı" adı verdi


21-12-2016, 17:37. Yazar: Xeberaz
Putin qətlə yetirilmiş səfirə "Rusiya qəhrəmanı" adı verdi


Rusiya prezidenti Vladimir Putin Rusiyanın Türkiyədə qətlə yetirilmiş səfiri Andrey Karlova ölümündən sonra "Rusiya qəhrəmanı" adının verilməsi haqqında fərman imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə Kremlin saytında məlumat yerləşdirilib.

Fərmanda bildirilir ki, Andey Karlov Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri postunda daim dözümlülük və cəsarət nümayiş etdirdiyinə və Rusiyanın xarici siyasət kursunun həyata keçirməsinə verdiyi böyük töhfələrə görə təltif olunub.

Xatırladaq ki, dekabrın 19-u axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Geri dön