Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda universitetin qarşısında ağır qəza: ölən və yaralanan var - YENİLƏNİB

Bakıda universitetin qarşısında ağır qəza: ölən və yaralanan var - YENİLƏNİB


21-12-2016, 12:53. Yazar: Xeberaz
Bakıda universitetin qarşısında ağır qəza: ölən və yaralanan var - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Binəqədi rayonunun Xocəsən qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
"Xəbəraz.az "nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Saatlı rayon sakini Famil Cahangirov idarə etdiyi "QAZ-24" markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Anar Kərimova məxsus "KamAz" markalı -avtomobilə vurub. Nəticədə F.Cahangirovun sərnişini - qızı, 26 yaşlı Güllübəyim hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Advertising Loading...

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


*****

10:39

Bakıda ağır yol qəzası baş verib. Bakı-Xocasən yolunun 7-ci kilometrliyində (Moskva Dövlət Universitetinin Bakı filialının qarşısında) "Qaz 24" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sərnişini vəfat edib. Sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Geri dön