Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Adsız qadın Türkiyədə - Foto

Adsız qadın Türkiyədə - Foto


21-12-2016, 01:57. Yazar: Xeberaz
Adsız qadın Türkiyədə - Foto
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanovun rejissoru olduğu Aygün Həsənoğlunun “Adsız qadın” mono-tamaşasının Türkiyədə premyerası keçirilib.

Teatrdan Axar.az-a verilən məlumata görə, Xocalı qətliamından, xalqımızın tarixi soyqırımından bəhs edən səhnə əsəri İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə İstanbulda Üsküdar Kərəm Yılmazər Səhnəsində nümayiş olunub.

Mono-tamaşanın ifaçısı aktrisa Kəmalə Kamilqızıdır.

Tamaşada Azərbaycan və türk musiqilərindən istifadə olunub. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev İstanbul Azərbaycan Kültür Evinin dəvəti ilə “Adsız qadın” mono-tamaşasının premyerasında iştirak edib.

Adsız qadın Türkiyədə - Foto
Adsız qadın Türkiyədə - Foto
Geri dön