Ana Sayfa > Karusel / Hadisə > Bakıda polkovnikin evindən 20 min dollar, qızıl əşyaları və iki silah oğurlandı

Bakıda polkovnikin evindən 20 min dollar, qızıl əşyaları və iki silah oğurlandı


20-12-2016, 18:35. Yazar: Xeberaz
Bakıda polkovnikin evindən 20 min dollar, qızıl əşyaları və iki silah oğurlandı



Bakıda mənzildən 20 min dollar, qızıl-zinət əşyaları və odlu silahlar oğurlanıb.
"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A, mənzil 26-da qeydə alınıb. Belə ki, naməlum şəxslər 1977-ci il təvəllüdlü Mayıl Şahverdiyevə məxsus mənzilə pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Mənzildə olan 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi oğurlanıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, ev sahibi M.Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində polkovnikdir.
Geri dön